Qadın sahibkarlığı inkişaf edir TƏDBİR

Sahibkarlığın inkişaf etdirilməsi xüsusən də qadın sahibkarlığının inkişaf yoxsulluğun azadılmasına qadınların sosial iqtisadi inkişafına yardım edir. SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda qadınlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar: "Xüsusilə, bu gün qadınlar texniki və maliyyə sahələrinə maraq göstərirlər. 2005-ci ildə 4 min qadın maliyyə və sığorta sahəsində çalışırdısa, 2015-ci ildə bu rəqəm 10 mindən çox olub. 2005-ci ildə tikinti sahəsində 5 min qadın çalışıb, 2015-ci ildə bu rəqəm 7 mindən çoxdur. 2012-ci ildə Azərbaycanda qadın sahibkarların çəkisi 17 faiz idisə, 2017-ci ildə bu, 21 faizi keçib".

H.Hüseynova qeyd edib ki, 2002-2015-ci illərdə 3500-dən çox qadına 55 milyon manat güzəştli kredit verilib. Məşğulluğun təmin edilməsində sahibkarlığın rolu əvəzsizdir. Tədbirin əhəmiyyəti bundan ibarətdir ki, üzv ölkələr sıx əməkdaşlıq edərək davamlı inkişaf perspektivlәrinin həyata keçirilməsində rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...