Hava şəraiti ilə əlaqədar 200-dən artıq neftçi təxliyə edilib
Aprelin 24 və 25-də açıq dənizdə küləyin sürəti arabir 34 m/s (Dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə "Azneft" İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib. SOCAR-dan SİA-ya verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, təhlükəli işlərin məhdudlaşdırılması bütün sahələrə yazılı və şifahi formada tapşırılıb. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.
Vacib olmayan işçilərin özüllərdən çıxarılması həyata keçirilib. Belə ki, müxtəlif sahələrdən ümumilikdə 204 nəfər işçi təxliyə olunmuşdur. Hava şəraitindən asılı olaraq estakada və estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılacaq və vacib olmayan işçilər Vaxt yaşayış məntəqəsinə təxliyə olunacaq.
Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB