Hərrac ərəfəsində banklar arasında dollar nisbi bahalaşıb. "Bloomberg" terminalında dollar 1.7000 manata qədər yüksəlib. Bu isə ABŞ valyutasının manat qarşısında 0,10 % dəyər qazanması deməkdir. Qeyd edək ki, bundan əvvəl dollar terminal üzərində günü 1.6983 manat kursu ilə yekunlaşdırmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur. Valyuta bazarlarında dolların bahalaşması banklar arası valyuta ticarətində də dolların dəyər qazanmasına təsir edib.

Bütün xəbərlər Facebook səhifəmizdə