Ölkə vətəndaşlarının mənzilə olan tələbatının ən yüksək göstəricilərinin məhz Bakıda olduğunu nəzərə alaraq, Mənzil İnşaatı Dövlət Agentliyi ikinci layihəsini də paytaxtda həyata keçirməyi qərara alıb.
SİA-nın verdiyi məlumata görə, bu fikirləri Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev agentliyin bir illik fəaliyyəti ilə bağlı hesabat iclasında deyib.
S.Nuriyev qeyd edib ki, Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsi güzəştli mənzillərin tikintisi üçün agentliyin sərəncamına verilib.
Bildirilib ki, güzəştlə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlar mənzili orta bazar qiymətindən aşağı qiymətə, İpoteka Fondunun güzəştli ipoteka krediti, həmçinin öz vəsaiti və ya kredit təşkilatından cəlb etdiyi maliyyə vəsaiti hesabına sahib ola biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB