Azərbaycanda bələdiyyələr ödənişlərdən azad ediləcəklər

Azərbaycanda bələdiyyələr ödənişlərdən azad ediləcəklər

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının qanununa dəyişiklik müzakirə edilib.

Layihə haqqında məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, layihənin 5.3 maddəsi ləğv edilib, 5.4 maddəsi isə yeni redaksiyada verilib: "Təklif olunan dəyişikliklərə əsasən bələdiyyələrə ödənilən fiziki şəxslərin torplaq və əmlak vergisinin hesablanması və tutulması məqsəədilə müvafiq bələdiyyənin təşkil edildiyi ərazi vahidləri hüdudlarında mülkiyyətində olan yaşayış və qeyri yaşayış sahələrinin ölçüləri və ünvanları, onların mülkiyyətçiləri olan fiziki şəxslər, hebelə fiziki şəxslərin mülkiyyətində və isitfadəsində olan torplaq sahələrinin ölçüləri və ünvanı barədə məlumatlar həmin bələdiyyə tərəfindən dövlət reystrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt ərzində ödənişsiz əldə edəcəklər".

A.Rəhimzadə söyləyib ki, əvvəllər bələdiyyələr yuxarıda sadalanan informasiyaları əldə etmək üçün müəyyən vəsait xərcləmək məcburiyyətində qalırdılarsa, yeni dəyişikliyə əsasən bələdiyyələr heç bir ödəniş etmədən daşınmaz əmlakları və onların sahələi haqqında məlumat əldə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə