Azərbaycan ilə Estoniya arasında müzakirələr aparılıb

Azərbaycan ilə Estoniya arasında müzakirələr aparılıb

Azərbaycan ilə Estoniya arasında sənaye və energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük, vergi, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

SİA xəbər verir ki, müzakirələr aprelin 7-də Bakıda keçirilən Azərbaycan ilə Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 3-cü iclası zamanı aparılıb.

Komissiyaya Azərbaycan Respublikası tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Estoniya tərəfindən isə Estoniya Respublikasının dövlət idarəçiliyi naziri Mixail Korb rəhbərlik edir.

Hər iki tərəfdən nümayəndə heyətlərinin tərkibinə müxtəlif dövlət qurumlarının təmsilçiləri daxildir.

Hökumətlərarası komissiyanın iclası iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə yönəlib.

Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

Həmçinin komissiyasının iclası çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə biznes-forum keçirilib.

Biznes-forumda hər iki ölkənin sahibkarları arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb, yeni biznes əlaqələri qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə