“Günəşli”də 3 quyu istismara verilib

“Günəşli”də 3 quyu istismara verilib

"Azneft" İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə fəaliyyətsiz fondda olan quyuların təmiri üzrə ardıcıl tədbirlər həyata keçirir. "Günəşli" yatağında da quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görülür. SOCAR-dan SİA-ya verilən xəbərə görə, yataqda iki həftə ərzində 19 saylı dərin dəniz özülündə 28 nömrəli quyu, 8 saylı dərin dəniz özülündə 288 nömrəli quyu, 13 saylı dərin dəniz özülündə isə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyular ümumilikdə sutkalıq 150 ton neft və 100 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilmişlər.

İstismar işləri Birliyin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə