“Bütün ölkələr neft hasilatının azaldılması öhdəliklərinə əməl edir”
Bütün ölkələr neft hasilatının azaldılması üzrə razılaşma ilə bağlı öz öhdəliklərini yerinə yetirir. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib. O bildirib ki, OPEK dövlətlərin hər birinin ayrılıqda razılaşmanı neçə faiz yerinə yetirməsinə dair ilkin nəticələri açıqlamamağa üstünlük verir.
"Biz hər hansı ölkə ilə bağlı ilkin nəticəni qeyd etmək istəmirik, çünki 24 ölkənin öhdəliyi var. Onlar öz öhdəliyini yerinə yetirir"- deyə, Barkindo bildirib.
Qeyd edək ki, fevralın sonunda OPEC bəyan etdi ki, neft tədarük edən ölkələr hasilatı azaltmaqla bağlı razılaşmaya 86 faiz əməl ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB