Azər Badamov: “Ölkələr arasında dostluq münasibətləri və iqtisadi əməkdaşlıq inkişaf edir”

Azər Badamov: “Ölkələr arasında dostluq münasibətləri və iqtisadi əməkdaşlıq inkişaf edir”

"Prezident İlham Əliyevin Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə sammitintə iştirakı böyük əhəmiyyət kəsb edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, ölkəmiz, həmişə İslam ölkələrini beynəlxalq arenada birləşməyə, həmrəy olmağa çagırış edən ölkədir: "Ümumiyyətlə indiki qloballaşan dünyada İqtisadi Əmakdaşlıq Təşkilatının sammitlər keçirməsi və onda iştirakı İslam dünyası üçün böyük əhəmiyyətə malikdir. Sammitdə iştirak edən dövlətlər qarşıda duran məsələlərin həlli üçün səylərin gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya yatırımlarının artırılması və.s. məsələlər ətrafında müzakirələr aparıb".

Azər Badamov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının XIII sammiti dövlətimiz üçün əsas məsələlərdən olan Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün səylərin birləşdirilməsi istiqamətində fikirlər söyləməyə bir platform oldu. Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit iştirakçılarını Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi üçün ölkəmizə dəstək verməkdə səylərini birləşdirməyə çağırış etməsi diqqətəlayiqdir".

"Azərbaycan daha da inkişaf edir, iqtisadiyyatını gücləndirir və Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün dünyaya inteqrasiyanı genişləndirir. Beləliklə, həm Münxen Təhlükəsizlik Konfransında, həm də İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə sammitində iştirakımız da bu baxımdan ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Bu sammit ölkələr arasında dostluq münasibətlərini və iqtisadi əməkdaşlığı daha da inkişaf etdirəcək"-deyə, Azər Badamov fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə