Dünya birjalarında neftin qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar və ya 0,44 faiz artaraq 52,57 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,49 faiz artaraq 55,39 dollar təşkil edib.
Azərbaycan neftinin də qiyməti bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,46 dollar və ya 0,82 faiz artaraq 56,62 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB