"Davos İqtisadi Forumu xüsusilə də biznes subyektlərinin, o cümlədən iqtisadi siyasətin, idarə edənlərin, qərar qəbul edicilərin bir araya toplanması üçün mühüm formatlardan biri hesab olunur. Forumun qlobal səviyyədə şəkildə təşkil olunması, biznesin, hökumətlərin, eyni zamanda akademiyanın burada təmsil olunması, özü-özlüyündə dünyanın iqtisadi inkişafı baxımından və o cümlədən ayrı –ayrı regionların, xüsusilə də inkişaf etmiş ölkələrin, Azərbaycanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənovun forumun nəticələri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, forum eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsinə, investorlarla müzakirələrin aparılmasına, növbəti dövrlərdə investisiyaların ölkəyə cəlb olunmasında ilk münasibətlərin formalaşmasına mühüm töhfə verən tədbirlərdən hesab olunur:
"Forum xüsusilə də avropalı investorlar ilə müzakirələrin aparılması, ölkədə görülən işlərin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi Azərbaycan davamlı olaraq bu forumda təmsil olunur. Bu il də ölkəmiz Dövlət başçısı səviyyəsində forumda təmsil olundu. Düzdür, orada ölkəmizdən başqa nümayəndələr də iştirak edir. Lakin Azərbaycanın sözügedən tədbirdə Dövlət başçısı səviyyəsində təmsil olunması, ölkəmiz tərəfindən foruma verilən əhəmiyyətin bir nümunəsi kimi qeyd oluna bilər. 2017-ci ildə də keçirilən Davos İqtisadi Forumu Azərbaycan üçün müəyyən qədər yadda qalan olacaq. Xüsusilə də forumun əvvəlində açıqlanan Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2016-2017" reytinqi göstərir ki, forumun təşkilatçıları hansısa formada Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Eyni zamanda Azərbaycan qlobal biznes subyektləri, investorlar üçün xam və az işlənən sahə olan enerji sektoru ilə davamlı maraq kəsb edir. Enerji sektorunun təmin etdiyi üstünlüklər, qeyri enerji sektorun sahəsində alıcılığın, tələbatın artması, istehlak imkanlarının genişlənməsi investorlar mühüm əhəmiyyətlidir. Bu baxımdan düşünürəm ki, bütövlükdə forum və onun nəticələri Azərbaycanın iqtisadi əlaqələri baxımından mühümdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB