"Davos iqtisadi Forumu çox mötəbər bir tədbirdir. Bu tədbirin hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə aktual iqtisadi problemləri və yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Əli Məsimli deyib. O bildirib ki, orada müzakirə olunan çox aktual qlobal və regional məsələlər və qəbul edilən yekun sənədlər dünya iqtisadiyyatının yönümünə təsir edir: "Davos İqtisadi Forumu çox mühüm bir tribuna rolunu oynayır. Azərbaycan Davos İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində iştirak edir. Bu baxımdan Azərbaycan Prezidentinin bu tədbirdə iştiraki, həmin yüksək tribunanın imkanlarından səmərəli istifadə edilməsi ilə xarakterik olan çıxışları ölkəmiz üçün çox önəmlidir. Həm Azərbaycan reallıqlarının bu cür yüksək tribunadan səsləndirilməsi, həm də müasir çağırışlara Azərbaycan Prezidentinin yanaşmasındakı akual məqamlar ölkəmizin imicinə müsbət təsir edir. Prezidentin həmin tədbir zamanı çoxaylı görüşləri isə bir sıra ölkə, beynəlxalq iqtisadi təşkilat və dünyada ad çıxaran iri şirkətlərlə əməkdaşlığın inkişafı, genişləndirilməsi və dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB