Un, çörək və ət ƏDV-dan azad olunacaq

Un, çörək və ət ƏDV-dan azad olunacaq

Azərbaycanda buğdanın idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında vergilər naziri Fazil Məmmədov Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.

F.Məmmədov bildirib ki, təklif olunan dəyişikliyə əsasən, qanun layihəsində buğdanın idxalı və satışı ilə yanaşı buğda unu və çörəyin istehsalı və satışının da 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Nazir vurğulayıb ki, Azərbaycanda quş ətinin satışı da 3 il müddətinə ƏDV-dən azad ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə