"Dörd ölkənin dollardan imtinası inandırıcı deyil" Ekspert

"Dörd ölkənin dollardan imtinası inandırıcı deyil" Ekspert

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya, Çin və İranla öz aralarında apardıqları ticarətdə dollardan imtina edəcəkləri haqda bəyanatı dolların məzənnəsinə təsir etməyəcək. Dünya bazarında dollar möhkəmlənməkdə davam edəcək". Bunu SİA-ya açıqlamasında İiqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, hazırda Rusiya ilə Türkiyə arasında illik ticarət dövriyyəsi 23,9 milyard dollardır. Digər tərəfdən, həmin anlaşmanın icrası və monitorinq imkanları xeyli şübhəlidir: "Çünki əvvəlki dövrlərdə bununla bağlı cəhdlər olmuşdu, amma reallıqda dollarsız ticarət dövriyyəsi mümkün olmadı. Ona görə də razılaşma olsa belə, bunun yerinə yetirilməsi xeyli çətindi. Yəni dövlətlər razılaşa bilər, əhalinin, biznesin dollardan imtina etməsi real görünmür".

Ekspert hesab edir ki, dollardan imtina ölkə daxilində dollara olan tələbatın səviyyəsini aşağı salmayacaq: "Nəzərə almaq lazımdır ki, həm Rusiyanın, həm Türkiyənin dollara ehtiyacı var, milli valyutalarının məzənnəsi aşağı düşüb. Nəinki əhalinin və biznes dairələrinin, dövlərlərin belə dollara ehtiyacı var. Ona görə də Türkiyə və Rusiyada dollarlaşma səviyyəsinin aşağı düşəcəyi real deyil. Anlaşma imzalana və qüvvəyə minə bilər, amma bunun icrası və monitorinq imkanları xeyli çətindir. Qısa müddət ərzində həmin anlaşmanın həyata keçirilməsi və icrası mümükündür".

Ekspert əlavə edib ki, Çin bu ölkələrlə münasibətdə dollardan imtina edə bilər, Çinin ticarətində ən çox xarici paya malik olan ölkə ABŞ və Avropa İttifaqıdır: "Çinin də dollardan bütövlükdə imtina etməsi real deyil. Ümumiyyətlə, qeyd edilən dörd ölkənin dollardan imtina etməsi inandırıcı deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə