"Beynəlxalq təşkilatlar büdcə siyasətimizi müsbət qarşılayırlar"
"Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlət milli mənafenin qorunmasına xidmət edən siyasət aparır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, xarici risklərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün sistemli, təşkilatı iqtisadi tədbirlər görülür: "Son illərdə ölkədə dövlət büdcəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülür. Məhz bu işlərin görülməsi nəticəsində Azərbaycanın inkişafında büdcənin rolu artıb, irimiqyaslı, dünya əhəmiyyətli sosial-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB