Çexiya və Azərbaycan energetika sahəsində memorandum imzalayacaq
Gələn ilin əvvəlində Çexiya ilə Azərbaycan arasında bir sıra rəsmi görüşlər keçiriləcək və sənədlər imzalanacaq. Bunu SİA-ya açıqlamasında Çexiyanın Bakıdakı səfiri Vitezslav Pivonka deyib. O bildirib ki, iki ölkə energetika və təhsil sahəsində əməkdaşlığa dair müvafiq memorandumlar hazırlayıb: "Biz çox şadıq ki, artıq energetika sahəsinə əməkdaşlığa dair memorandum üzərində işi başa vurmuşuq. Həmin sənəd nazirlər tərəfindən imzalanacaq. Bundan əlavə gələn ilin yanvarın sonu yaxud fevralın əvvəlində Bakıda Çexiya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə komissiyanın 4-cü iclası keçiriləcək. İclasda Çexiyanın sənaye və ticarət naziri Jan Mladekin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək".
Diplomat bildirib ki, Çexiyanın təhsil nazirinin də Bakıya səfəri planlaşdırılır və iki ölkə universitetlər arasında əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB