2017-ci ilin büdcəsinə yenidən baxıla bilər

2017-ci ilin büdcəsinə yenidən baxıla bilər

"Xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur". SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, neftin qiymətinin büdcədə nəzərdə tutulan 40 dollar/bareldən daha da azalması, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması (2017-ci ildə ÜDM-in 1%, qeyri-neft sektoru üzrə ÜDM-in 2,5% artımı), artımın gec olması və xarici mühitdəki digər mənfi meyllər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkün ola bilər: "Bu baxımdan kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə