Səfir: “Cənub Qaz Dəhlizi Azərbaycanın gələcəyi üçün çox vacib faktordur”

Səfir: “Cənub Qaz Dəhlizi Azərbaycanın gələcəyi üçün çox vacib faktordur”

"Cənub Qaz Dəhlizi" Azərbaycanın inkişafı üçün çox mühüm faktordur. SİA-nın məlumatına görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonu deyib.

Səfir bildirib ki, bu, bir sıra ölkələrin diqqətində olan, iri investisiyaların cəlb olunduğu layihədir: "Layihədə bir sıra böyük şirkətlər iştirak edir. İtaliya həmin ölkələrdən bir olaraq Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə çalışır".

Diplomat əlavə edib ki, Azərbaycan üçün bu çox vacibdir, çünki ölkə buradan böyük gəlir götürəcək: "Beləliklə, bu, Avropa, İtaliya və Azərbaycan arasında mühüm tərəfdaşlıq yaradacaq. Hesab edirəm ki, qeyd edilən layihə Azərbaycanın gələcəyi üçün əsas faktorlardan biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə