Kərəm Həsənov: "Bu il hərracda 500-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb" AÇIQLAMA

Kərəm Həsənov: "Bu il hərracda 500-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb" AÇIQLAMA

"Biz hökumət qarşısında özəlləşdirilən obyektlərin borc problemlərinin, onlarda sosial ödəmələrin, müavinətlərin problemləri ilə bağlı məsələlər qaldırmışıq və təkliflər vermişik". SİA-nın məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, verilən yeni təkliflər bu problemlərlə borcların silinməsi və köhnə borcların təmizlənməsi, restruktrizasiya edilməsi haqdadır. Komitə sədri bu prosesin özəlləşmədə yeni dövrün başlanmasına işarə olduğunu bildirib.

Onun sözlərinə görə, bu il keçirilən 10-dan artıq hərracda 500-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb: "Xarici investorlar əsasən neft kimyası, neft maşınqayırması, aqrar sektorlarda olan müəssisələrlə maraqlanırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə