"Neft hasilatını azaltmaq İran və İraqın mövqeyindən asılı olacaq"

"Neft hasilatını azaltmaq İran və İraqın mövqeyindən asılı olacaq"

"Neft hasilatının azaldılmasına dair Əlcəzair razılaşmasının təsdiqi İraq və İranın mövqeyindən asılı olacaq". SİA-nın məlumatına görə, bunu energetika naziri Natiq Əliyev Vyanada jurnalistlərə deyib.

O bildirib ki, OPEK-in üzvü və qeyri-üzvü olan ölkələrin ekspertlərinin görüşünün yekununda neft hasilatını azaltmaqla bağlı "yol xəritəsi"ni qəbul etmələri İraq və İranın hansı mövqe sərgiləməsinə bağlı olacaq. Nazir deyib ki, bu ölkələr neft hasilatının həcmini artırmaqda maraqlıdırlar: "Buna görə də ilin sonunda nə baş verəcəyi baxımından onların yanaşmasını öyrənməyimiz çox vacibdir".

Qeyd edək ki, Vyanada Əlcəzair razılaşmasının həyata keçirilməsi üçün OPEK-in xüsusi komitəsinin iclası keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə