Cari ildə rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 1,2 milyard manata çatıb, gəlirlərin Ümumi Daxili Məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda payı isə 3,7 faiz təşkil edib". SİA-nın xəbərinə görə, bu barədə Rabitə və yüksək Texnologiyalar Nazirliyinin 9 ayın yekunlarına həsr olunmuş kollegiya iclasında nazir müavini Əli Abdullayev deyib.
O bildirib ki, cari ilin 9 ayı müddətində həyata keçirilən islahatlar nəticəsində nazirlik üzrə rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədi ilə "şəbəkə" mərkəzlərinin yaradılmasına başlanıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu mərkəz vasitəsi ilə, nazirlik tərəfindən həyata keçirilən xidmətlərin vahid bir mərkəzdən göstərilməsi nəzərdə tutulur ki, bu da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən rahat istifadəsinə geniş imkanlar yaradacaq: "Cari ilin 9 ayı ərzində nazirliyin, o cümlədən tabeli qurum və müəssisələrin fəaliyyətinin səmərəliliyinin, infrastrukturunun təkmilləşdirilməsi, öhdəliklərin icra olunması, maliyyə intizamının gücləndirilməsi, əldə olunan gəlirlərin həcminin artırılması və əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində davamlı işlər görülüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB