Daşınmaz əmlak haqqında qanun dəyişdi

Daşınmaz əmlak haqqında qanun dəyişdi

Milli Məclisin plenar iclası davam edir. SİA-nın xəbərinə iclasda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununda dəyişiklik edilməsi müzakirə edilib. Milli Məclisin plenar iclasında layihə haqqında məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişikkiyə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30%-i qeydiyyat orqanı işçilərinin (müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülməyəcək.

Qeyd edək ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik layihəsində 6.3-cü maddənin ləğv edilməsi təklif olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə