Qəbələdə 102 nəfər işlə təmin olunub 1 gündə

Qəbələdə 102 nəfər işlə təmin olunub 1 gündə

Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 21-də növbəti əmək yarmarkası keçirilib. Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilən yarmarkanın açılış mərasimində Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Anar Rzayev, rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Tədbirdə məlumat verilib ki, əmək yarmarkasında iştirak edən vətəndaşlara 33 idarə, müəssisə və təşkilat tərəfindən 283 boş iş yeri təqdim olunub.

Yarmarkada iştirak edən 452 nəfər iş axtaran və işsiz vətəndaşdan 102-si öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə