“Qərbi Abşeron” yatağındakı quyuda qazma işlərinə başlanılıb

“Qərbi Abşeron” yatağındakı quyuda qazma işlərinə başlanılıb

"Qərbi Abşeron" yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 23 nömrəli quyuda qazma işlərinə başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən SİA-ya bildirilib ki, "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə SOCAR AQŞ birgə müəssisəsi tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 860 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə