2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38027,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz az ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalması olub. Əlavə dəyərin 38 faizi sənayedə, 11,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,4 faizi tikinti, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə, 16,4 faizi isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 7,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3953 manata bərabər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB