Azərbaycan Mərkəzi Bankı depozit hərracında banklardan 15 milyon manat cəlb edib. SİA-nın məlumatına görə, bu barədə bankın saytında verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, sentyabrın 5-də vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 15 milyon manat olub.
Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49% təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB