Kaxa Kaladze: “SOCAR bizim əsas tərəfdaşımızdır”

Kaxa Kaladze: “SOCAR bizim əsas tərəfdaşımızdır”

Gürcüstanın təbii qazla təminatında SOCAR bizim əsas tərəfdaşımızdır. Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.

K.Kaladzenin sözlərinə görə, Gürcüstan hökuməti ölkə əhalisinin təbii qazla təmin olunmasını Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə həyata keçirəcək.

Rusiya, İran və digər dövlətlərlə aparılan danışıqlara gəlincə isə nazir bildirib ki, bu məsələlər artıq həllini tapıb: "Biz əsas tərəfdaşımız olan SOCAR-la işləyirik və məsələ bağlanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə