"SOCAR Türkiyə"də yeni baş direktor

İyulun 27-də "Petkim Petrokimya Holding A.Ş"-nin Baş direktoru Sadəddin Qorqud tutduğu vəzifədən azad edilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, onun yerinə SOCAR-ın Yunanıstandakı törəmə şirkəti olan "SOCAR Enegy Greece" şirkətinin Baş direktoru Anar Məmmədov təyin edilib.

Məmmədov Anar Fərruh oğlu 1971-ci ildə Bakı şəhərində anadan olub. İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib. 2015-ci ildə "Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı" mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib. Bir sıra xarici şirkətlərdə müxtəlif yüksək vəzifələrdə işləyib. 2009-2014-cü illərdə "SOCAR Georgia Gaz" şirkətinin baş direktoru olub. Yeni təyinatından əvvəl "SOCAR Enegy Greece" şirkətinin Baş direktoru vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə