Qızıl almaq istəyənlərin diqqətinə

Qızıl almaq istəyənlərin diqqətinə

Dünya bazarında qızılın qiyməti ucuzlaşıb. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,10 dollar azalaraq 1 327,90 dollara, gümüş isə sabiq qalaraq 19,82 dollara satılıb.

Amerika və Avropa fond indekslərinin də qiymətində də dəyişiklik olub. Belə ki, Amerika fond bazarında Dow Jones indeksi 0,42% - 18 517,23 bəndədək, S&P 500 0,36% - 2 165,17 bəndədək, NASDAQ 0,31% - 5 073,90 bəndədək azalıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,43% - 6 699,89 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,14% - 10 156,21 bəndədək artıb, Fransa CAC-40-ı 0,08% - 4 376,25 bəndədək ucuzlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə