Qızılın unsiyası 1400 dollar olacaq

Qızılın unsiyası 1400 dollar olacaq

GOMEX-də Gold 64,90 dollar bahalaşaraq 1,328.00 dollar, Gold Spot qızılı 67 dollar qalxaraq 1,324.80 dollar təşkil edib. "Societe General" referendumda Böyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılıq qərarı çıxacağı halda qızılın unsiyasının 1400 dollar olacağını açıqlayıb.

"Etibarlı liman" tələbinə görə qızılın yüksələcəyi gözlənilir. Ancaq yüksələn dollar mis kimi metalları təzyiq altına alacaq və riskdən qaçma meyli neftə mənfi təsir edəcək. "SocGen" başda mis olmaqla metalların və neftin 5% ətrafında ucuzlaşacağını proqnozlaşdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə