"Dayazsulu Günəşli" yatağındakı 5 nömrəli dərin dəniz özülündə 216 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SİA-nın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 3 077-3 055 metr intervaldan sutkalıq 47 ton neft və 11,5 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB