“Dollar hələ bir müddət də ucuzlaşacaq” EKSPERT RƏYİ

"Hökumətin atdığı və Mərkəzi Bankın gördüyü bir sıra tədbirlər baxımından manatın martın ikinci ongünlüyündən etibarən bahalaşmağa başlayacağı gözlənilən idi". Bunu SİA-ya iqtisadçı ekspert Pərviz Heydərov son günlər dolların manat qarşısında ucuzlaşmasının səbəbləri barədə danışarkən deyib.

İqtisadçı ekspert bildirib ki, mart ayının ilk ongünlüyünün sonundan etibarən Mərkəzi Bankın keçirdiyi hərraclarda xarici valyutaya tələbin azaldığı müşahidə edilir: "Bayram günlərində ölkəyə çoxlu sayda turistlərin gəlməsi banklarda dollar ehtiyatının bir az da artmasına şərait yaratdı. Buna müvafiq olaraq da manatın məzənnəsinin fevralın 25-dən keçən vaxt ərzində ucuzlaşmasınhazırda onun nisbətən möhkəmlənməsi prosesi ilə əvəz olunub. Bunun bir neçə səbəbləri var. Mart ayından etibarən əmanətlərin 3 illik müddətə tam sığortalanması haqda müvafiq addımın atılması və bu zaman dollar üzrə sığortalanma faiz həddinin 3%-ə endirilməklə manata görə 12%-də saxlanması, o cümlədən, digər tədbirlər öz sözünü deməyə başlayıb".

Onun sözlərinə görə, əsas səbəblərdən biri əhali tərəfdən dollara tələbin enməsindədir: "Həmçinin, dövlət büdcəsində neftin 1 barrelinin cari il üçün nəzərdə tutulan qiymətinin 50 dollardan 25-ə salınmasını da qeyd etmək lazımdır. Üstəlik, neftin qiyməti də 40 dollar həddindədir. Odur ki, fevralın 25-i ilə martın 10-nu aralığındakı ucuzlaşma müvəqqəti idi".

"Hazırkı tendensiya dayanıqlı deyil. Bunun üçün həm xarici, həm də daxili faktorlar nəzərətdə saxlanılmalıdır. Hesab edirəm ki, sözügedən müsbət dinamika hələ bir müddət davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...