Neftin qiymətində dəyişikliklər baş verir

Neftin qiymətində dəyişikliklər baş verir

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir. SİA-nın verdiyi xəbərə görə, martın 24-də ICE London qitələrarası birjasında Brent markalı neftin may fyuçersləri 41,20 dollara satılıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,16 dollar azalaraq 39,63 dollar təşkil edib.

Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti isə 109,46 dollar/barel olub ki, bu da ötən həftənin göstəricisindən 0,27 dollar çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə