Dünya Bankının ölkəmizdə səfərdə olan "Doing Business" hesabatını hazırlayan ekspertləri 5 saylı Bakı "ASAN xidmət" mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara lisenziyaların verilməsi və bu sahədə xidmətlərin göstərilməsi prosesi ilə tanış olublar. SİA-nın verdiyi xəbərə görə, beynəlxalq ekspertlər ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılmış mexanizmləri, o cümlədən sahibkarlara lisenziyaların qısa müddət ərzində, şəffaf şəkildə və müddətsiz verilməsini yüksək qiymətləndirib, göstərilən xidmətlərin səviyyəsindən razılıqlarını bildiriblər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə indiyədək sahibkarlıq subyektlərinə 1050-dən artıq lisenziyanın verilməsi təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB