Gəncədə qadın sahibkarlar üçün treninq keçirilib

Gəncədə qadın sahibkarlar üçün treninq keçirilib

Qadınların iqtisadi fəallığının artırılması və sahibkarlıq fəaliyyətinə cəlb olunması məqsədilə onlara dövlətin güzəştli kreditləri verilir, qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlanaraq təqdim edilir, qadın sahibkarların məlumatlandırılması üçün müxtəlif treninqlər keçirilir. SİA-nın verdiyi xəbərə görə, növbəti belə treninq İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilib.

"Biznesin əsasları, təşkili və idarə edilməsi", "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularını əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması, bu sahədə insan resurslarının səmərəli idarə olunması, biznes ideyanın yaradılması, biznes-planın tərtib edilməsi və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə