Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfərindən sonra İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı daha da artıb, bir sıra İran şirkətlərinin nümayəndələri ölkəmizdə səfərdə olub, Azərbaycan-İran işgüzar görüşü keçirilib. İqtisadiyyat Nazirlyindən SİA-ya verilən məlumata görə, nazir Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın "Darou pakhsh" şirkətinin nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanda dərman vasitələrinin istehsalının təşkili sahəsində əməkdaşlıq, İran tərəfinin ölkəmizdə əczaçılıq məhsulları istehsalı müəssisəsinin təşkilinə dair bir müddət əvvəl Azərbaycan tərəfinə təqdim etdiyi təkliflər, həmçinin bu sahədə birgə müəssisənin yaradılması müzakirə edilib.
Görüşdən sonra İran şirkətinin nümayəndələri əczaçılıq məhsulları istehsalı müəssisəsi üçün təklif edilən Sumqayıt Kimya Sənaye Parkında olub, investorlar üçün yaradılan imkanlarla tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB