Mərkəzi Bank yenidən 200 milyon dollar satışa çıxarıb

Mərkəzi Bank yenidən 200 milyon dollar satışa çıxarıb

15 fevral 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Qeyd edək ki, hərracda iştirak edən 10 bank tərəfindən məcmu tələb 32,1 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə