İran neft ixrac etməkdə maraqlıdır SƏBƏB

İlham Şaban: "İran hazırda dünya ilə təmas qurmaq niyyətini ortaya qoyur"
İran neft ixrac etməkdə maraqlıdır SƏBƏB

"İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən sonra İran sanki ruhlanıb. Ona görə də əlində olan enerjidən həm bugünkü, həm də gələcəkdəki layihələri üçün bir zəmin yaratmağa çalışır". Bu fikirləri SİA-ya iqtisadçı ekspert İlham Şaban İranın Ermənistan vasitəsilə Gürcüstana təbii qaz nəql etməsi məsələsinə münasibətini açıqlayarkən deyib.

Ekspert bildirib ki, uzun müddət iqtisadi cəhətdən bağlı qalmış bir ölkə üçün bu normal haldır: "İran hazırda dünya ilə təmas qurmaq niyyətini ortaya qoyur. Amma proseslər o qədər də sadə deyil. Yəni hər investorla nə dərəcədə təmaslar qurulacaq, necə işlər gedəcək məlum deyil. Sadəcə İran hökuməti xoş niyyətdən çıxış edərək ticarətə açıq olduğunu bəyan edir. Eyni zamanda İran uzaq hədəfləri nişan alır, kiçik və böyük layihələr arasında elə bir fərq qoymur. Bu baxımdan onun üçün istər Gürcüstanın 200-300 mln m3-lik bir qaz ehtiyacı olsun, istərsə də 30 mlrd m3-lik Avropanın nəhəng istehlakçısı fərq etməz. Bu gün onlar arasında elə bir fərq yoxdur. Çünki nə Avropaya hazırda İran qazı lazımdır, nə də Gürcüstanın gedib İrandan qaz ala bilmək imkanı yoxdur. Bunun üçün hələ elə bir infrastruktur mövcud deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə