"SOCAR-ın vitse-prezidentinin fikirləri təhrif olunub" RƏSMİ

"SOCAR-ın vitse-prezidentinin fikirləri təhrif olunub" RƏSMİ

SOCAR bəzi kütləvi informasiya vasitələrində qurumun sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış "Azərbaycan "Azərenerji" üçün Rusiyanın "Qazprom" şirkətindən təbii qaz almağı nəzərdə tutur" məlumatı ilə bağlı açıqlama yayıb. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilir ki, məlumat həqiqəti əks etdirmir: "Elşad Nəsirov bildirib ki, hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyac yoxdur, "AzMeCo", "Azərenerji" və ya digər şirkətlər daha sərfəli şərtlərlə "Qazprom"dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə