"Ölkə prezidenti İlham Əliyevin Davos İqtisadi Forumuna qatılması yüksək əhəmiyyət kəsb edir. Qeyd edək ki, dövlət başçısı uzun illərdir Davos Forumuna qatılır. Qatıldığı müddətdə də Azərbaycanda aparılan islahatlardan danışır". Bunu SİA-ya iqtisadçı Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, Forumun əhəmiyyəti müstəsna və təsir edicidir: "Bildiyiniz kimi, Foruma təkcə prezident və siyasətçilər qatılmır. İnvestorlar, biznesmənlər də iştirak edirlər. Belə olan şəraitdə Prezidentin Azərbaycanda aparılan islahatlar, investisiya üçün əsaslı proqramların hazırlanması və o cümlədən bir sıra dəyişiklər haqqında müxtəlif maliyyə təşkilatçıları ilə görüşü ölkəyə xarici investisiyanın cəlbini özündə cəmləşdirir. Belə olan halda investorlar ölkənin birinci şəxsindən zəmanət alırlar, bütün bunlar ölkə prezidentinin siyasi iradəsinin ortaya qoyulmasının bariz nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB