"2016-cı ildə bir çox bank öz fəaliyyətini dayandıracaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev Azərbaycanda bank sektorunun hazırkı vəziyyətini şərh edərkən deyib.
O bildirib ki, birinci devalvasiyadan sonra Azərbaycanın bank sektorunda müəyyən problemlər artıq mövcud idi, lakin iki devalvasiyanın biri-birinin ardınca baş verməsi bank sektoruna çox böyük ziyan vurdu: "Bir devalvasiyanın vurduğu zərərdən xilas olmamış, ikinci devalvasiyanın baş verməsi bankların maliyyə dayanıqlılığını təhlükə altına qoydu. Artıq banklar bu iki devalvasiyadan sonra ölüm-qalım savaşı aparmağa başlayıblar.
Artıq "Bank of Azerbaijan" bağlandı. Bu düzgün lakin təəssüf ki, gecikmiş bir qərar idi. Bankın maliyyə imkanları çox pis idi və əmanətləri qaytara bilmirdi. Əmanətçilər aylarla süründürülür, lakin əmanətlərini geri ala bilmirdilər. Bank bağlanmalı idi ki, əhali də pulunu Əmanətlərin Sığortalanması Fondundan geri alsın".
İqtisadçı qeyd edib ki, bu bank 2016-cı ildə bağlanacaq yeganə bank olmayacaq və il ərzində bazarı tərk edəcək bankların sayı çox olacaq: "Bundan sonra da bir neçə bank öz fəaliyyətini dayandıracaq. Onlar ya başqa banka birləşməklə, ya da bağlanaraq bazarı tərk edəcəklər.
İndiki vəziyyətdə isə bankların sayının artacağını düşünmürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB