Azərbaycanlı sahibkarlar və iş adamları Qırğızıstanda qızıl yatağının işlənilməsinə dəvət olunur. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.
Belə ki, Qırğızıstan hökuməti tərəfindən "Akbaltırkanskoe" qızıl yatağının işlənilməsinə dair hərrac elan olunub. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr hərracda iştiraka dəvət olunurlar.
Hərracda maraqlı olan şirkətlər və iş adamları Azpromo-ya müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB