"Rusiyalı turistlərin siyahısında Azərbaycanın adı yoxdur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli rusiyalı turistlərin Türkiyəyə alternativ götürdükləri istirahət yerləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, rusiyalı turistlər istirahət etmək üçün il boyu günəş olan yerlər, dənizkənarı zonalar və hər şey daxil otellər seçirlər, lakin Azərbaycanda bu standartlara cavab verən təsisatlar yoxdur: "Onlar hər şeydən əvvəl dəniz turizmini sevirlər. Lakin müəyyən bir qrup turist istirahət üçün Azərbaycanı seçə bilər. Təbii ki, bunun üçün ciddi şəkildə işləmək lazımdır".
Ekspert bildirib ki, Rusiya mətbuatında turizm cəhətdən Türkiyənin alternativi kimi Azərbaycanın adı hallanmır: "Burada əsasən Vyetnam, İndoneziya, Tailand və Yunanıstanın adı var. Bu siyahıya son zamanlar Türkmənistanın da adı hallanır.
Xüsusilə Yunanıstan Rusiya-Türkiyə münasibətlərindən istifadə edərək rusiyalı turistlər üçün mart ayından etibarən vizasız gediş-gəliş tətbiq etmək istəyir, eyni zamanda ucuz otellər təklif edir. Hansı ki, burada qiymətlər 29 avrodan başlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB