İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Qazax nümayəndəliyinin təşkilatçılığı ilə isə Qazaxda sahibkarlar üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla", "Üzümçülüyün inkişaf perspektivləri" mövzularında treninqlər keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə biznes ideyanın formalaşdırılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Bundan əlavə, treninqlərdə iştirakçılara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilmişdir.
Təreninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB