"Banklar xarici borcları ödəyərkən birdən-birə 35 faiz daha çox pul verməli olacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bəzi Azərbaycan bankların düşdüyü çətin vəziyyətdən danışarkən deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda bir sıra bankların xarici investorlar və kreditorlar qarşısında borcları var: "Azərbaycandakı banklarının uzun illər istifadə etdiyi bəsit lakin işlək bir mexanizmi var idi. Belə ki, onlar manat sabit olduğu vaxtlarda xaricdən aşağı faizlə kreditə dollar alırdılar. Daha sonra isə 4-5 faizlə aldıqları valyuta kreditini daxili bazarda manata çevirərək 15-20 faizlə kreditləşmə aparırdılar. Təbii ki, banklar bundan çoxlu pul qazanırdı. Lakin devalvasiyadan sonra həmin bankların xaricdən aldıqları borclarda da ciddi artım baş verdi. Belə ki, banklar xarici borcları ödəyərkən birdən-birə 35 faiz daha çox pul verməli olacaq".
Ekspert bu prosesin bankların indiki vəziyyətində bəzi problemlər yaratdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB