Azərbaycanda ötən illə müqayisədə bu təsərrüfat ili daha məhsuldar keçib. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyinin Bitki şöbəsinin müdiri İmran Cümşüdov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Rusiya və digər MDB ölkələri ilə yanaşı artıq Belarusa da kənd təsərrüfatı məhsulları ixrac edəcək: "Bu sahədə bizim yaxşı məhsul istehsal edə bilən fermer təsərrüfatlarımız mövcuddur. Azərbaycandan digər ölkələrə əsasən meyvə-tərəvəz məhsulları, xüsusilə də MDB məkanına və Rusiya bazarlarına faraş (tezyetişən) kartof ixrac olunur".
İmran Cümşüdov bildirib ki, bu işlər mövsümdən asılı olaraq hazırda da davam etdirilir: "Bu təsərrüfat ilində meyvə-tərəvəz sektorunda uğurlu göstəricilərin şahidi olduq. Ötən illə müqayisədə məhsul artımı yaşandı. Bu il bir çox ölkələrə məhsullarımız ixrac olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB