Ölkə ərazisinin epizootoloji sabitliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq Epizootiya əleyhinə tədbirlər planına əsasən 2015-ci ilin dekabr ayında respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayib. Xidmətdən SİA-ya verilən xəbərə görə, iribuynuzlu heyvanların peyvəndlənməsi ilk növbədə ölkənin sərhəd, daha sonra respublikanın digər rayonlarında həyata keçiriləcək.
Dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərinin və aidiyyəti yerli qurumların yerlərdə dövlət baytarlıq xidmətinin mütəxəssislərinə müvafiq şərait yaratmaqla əməli köməklik göstərmələri tövsiyə olunur.
Hazırda respublikanın epizootik vəziyyəti sabitdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB