"Nardarana qazın verilməsi istiqamətində işlər görülür" RƏSMİ

"Nardarana qazın verilməsi istiqamətində işlər görülür" RƏSMİ

"Azəriqaz" İstehsalat Birliyi ötən gündən etibarən Nardaran qəsəbəsinə qazın verilişinin bərpası üzrə işlərə başlayıb. SİA-nın xəbərinə görə, bunu "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qurumun əməkdaşları ötən gündən qəsəbə sakinlərinin evlərinə gedərək qazın alışı-satışı üzrə yeni müqavilələr imzalayırlar: "Müqavilə əldə edilən zaman isə qaz bərpa edilir. Əvvəlki illərdə sakinlərlə borclarının ödənilməsi məsələsi ilə bağlı böyük problemimiz var idi. Onların müraciəti üzrə yeni qaz sayğacları quraşdırdıq, lakin ötən ilin qışında sayğacların əksəriyyəti qırılmışdı və biz qazın verilişini dayandırmaq məcburiyyətində qaldıq. Biz yeni smart-sayğaclar quraşdıracağıq, balansın doldurulması zamanı məbləğin 30 faizi köhnə borcun, 70 faizi isə cari hesabın ödənilməsinə gedəcək. Bu abonentlərə bir neçə il ərzində borcu ödəməyə imkan verəcək, biz borcun dərhal ödənilməsini tələb etmirik".

Ə. Hacıyev söyləyib ki, "Azəriqaz"ın əməkdaşları qəsəbə ərazisinə buraxılmırdı, döyülmə halları var idi: "Əməkdaşların həyatını təhlükə altına sala bilməzdim. Əgər qəsəbə ərazisinə girişimiz təmin edilsə, qaz təchizatı ilə bağlı məsələ tez bir zamanda həll ediləcək. Nardarana qazın verilişi 3 istiqamətdə həyata keçirilir və İB əməkdaşları qəsəbənin qaz sisteminin vəziyyətini öyrənirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə