"Azəriqaz" qışa hazırlıq fəailyyətini davam etdirir AÇIQLAMA
Hazırda respublika ərazisində 300-ə yaxın kənd və qəsəbələrdə təbii qazın verilişi ilə bağlı tikinti-quraşdırma işləri aparılır. Bu barədə SİA-ya "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev məlumat verib.
Onun sözlərinə görə, 2015-ci ilin yanvar-oktyabr aylarında "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bölgələr üzrə 271 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Təbii qazın verilişi ilə bağlı işlər hələ də davam etdirilir.
İbrahim Kərbəlayev bildirib ki, hazırkı tikinti-quraşdırma işləri bitdikdən sonra mərhələli şəkildə digər bölgələrə müəyyən işlərə start veriləcək: "Bu gün Ucar, Kürdəmir, Bərdə, Quba rayonlarında bir neçə kənd mavi yanacaqla təmin olunub. Həftənin birinci günü Cəlilabadda, Qaxda, Füzuli rayonunun Qayıdış 4 və Qayıdış 5 qəsəbələrində, Beyləqanda, Qusarda, Sabirabadda və Salyanda qaz açılışları həyata keçiriləcək".
O qeyd edib ki, hazırda respublika ərazisində əhali tələbata uyğun yanacaqla təmin olunub və təbii qazın verilişində hər hansı bir məhdudiyyət və problem yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB