Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək

Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan ("Azpromo") SİA-ya verilən məlumata görə, noyabrın 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, "Azpromo" və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin (LİAA) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Latviya işgüzar görüşü baş tutacaq.

Tədbirə İKT, qida məhsullarının istehsalı, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, layihələndirmə və arxitektura, orqanik gübrə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Latviya şirkətinin qatılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə